«Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov gələcəyi ilə bağlı mühüm qərar verib.

O, gələn mövsümü də «kimyaçılar»ın sükanı arxasında keçirəcək. 2018-ci ilin payızından «gənclik şəhəri» təmsilçisində çalışan mütəxəssis müqavilə müddətinin daha 1 il müddətinə uzadılmasına razılaşıb. Qeyd edək ki, Ayxan Abbasov komandanın tarixində ən uğurlu məşqçi sayılır. “Sumqayıt” məhz onun rəhbərliyi altında tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlib, ardınca avrokuboklara vəsiqə alıb.